Kənan Doğuludan sevgilisinə 7 milyon dollarlıq hədiyyə

30 May 2013 13:33 (UTC+04:00)



Tanınmış türk müğənnisi Kənan Doğulu sevgilisi Beren Saat üçün 7 milyon dollarlıq ev alıb. Beren Saat ilə evlənməyə hazırlaşan Kənan Doğulu evi sevgilisinə toy hədiyyəsi olaraq alıb.

Bağçası və hovuzu olan evin İstanbul Çengelköydə yerləşdiyi bildirilir.

Əsil qiyməti 10 milyon dollar olan evi müğənni nəğd ödədiyi üçün 7 milyon dollara ala bilib. Cütlüyün yaxında evlənəcəyi deyilir. (anspress)

AzNews.az