“Ekologiya postu” sökülür

1 İyun 2020 11:00 (UTC+04:00)

“Ekologiya postu”nun söküntüsünə başlanılıb.

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, söküntü işləri bir həftə ərzində yekunlaşcaqr: "Hazırda orada müəyyən texniki vasitələrin köçürülməsi işləri gedir. Təxminən bir həftəyə əvvəlki binanın sökülməsi başa çatacaq və yeni bina fəaliyyətə başlayacaq”.

Qeyd edək ki, Bakı-Sumqayıt yolunun üzərində yerləşən “Ekologiya postu”nun bu gündən söküntüsünə başlanılıb. Sökülən postun arxasında yeni bina tikilib və yaxın günlərdə istifadəyə veriləcək.

AzNews.az