ABŞ prezidentinin adı “Kiçik qara kitab”da

1 İyun 2020 11:45 (UTC+04:00)

Beynəlxalq xaker qrupu “Anonymous” pedofiliyada təqsirli bilinərək həbs olunan, daha sonra intihar edən Cefri Epstayna aid olduğu iddia edilən qeydlər dəftəri yayımlayıb. Dəftərə isə “Kiçik qara kitab” adı verilib.

AzNews.az xəbər verir ki, sözügedən dəftərdə bir çox məşhurla yanaşı ABŞ Prezidenti Donald Trampın ailəsinə aid qeydlər də yer alıb.

Xaker qrupunun iddiasına görə, yetkinlik yaşına çatmayan qızları məşhurlara satan Epstaynın müştərilərindən biri də D. Tramp olub və intihar etdiyi deyilən Epstaynın cinayətini şəxsən Tramp təşkil edib. Ancaq sənədlər arasında bunu təsdiqləyəcək dəlil yoxdur.

We need your help amplifying this and finding more information on #Epstein's net of conspirators. You can start by searching inside his personal address book the infamous 'little black book'; see any familiar names? Post them in the #OpDeathEaters hashtag. https://t.co/yKv5ng7gW5

— OpDeathEaters (@OpDeathEaters) February 22, 2019

Siyahıda Tramp, onun qardaşı Robert, qızı İvanka və keçmiş həyat yoldaşı İvananın adları qeyd olunur. Sənədlərdə Trampın Con Kasablankas adlı "etkinlik yaşına çatmayan qız" vasitəçisi ilə əlaqəsi olduğu, "Lolita express" turlarında ən azı bir dəfə iştirak etdiyi ilə bağlı iddialar mövcuddur.

“Anonymous” Trampın Rusiya mərkəzli mütəşəkkil cinayətkar lideri Tevfik Ariflə əlaqəsinə dair sənədlərə də yer verib.

Pərvanə