Prezident İlham Əliyevlə AİB-in rəhbərləri arasında videokonfrans keçirilib

1 İyun 2020 15:45 (UTC+04:00)

İyunun 1-də Asiya İnkişaf Bankının təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfrans keçirilib.

AzNews.az xəbər verir ki, videokonfransda Azərbaycan tərəfdən Maliyyə naziri Samir Şərifov iştirak edib.