139 erməni koronavirusdan ölüb

1 İyun 2020 17:00 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 9 492 nəfərə çatıb.

AzNews.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 210 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 139 nəfər koronavirusdan ölüb, 5 861 nəfərin müalicəsi isə davam edir.

Xatırladaq ki, ölkənin baş naziri Nikol Paşinyan da koronavirusa yoluxub.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.