Əfqanıstanda bomba partlayıb - Ölənlər var

2 İyun 2020 11:30 (UTC+04:00)

Əfqanıstanda yol kənarına yerləşdirilən bombanın partlaması nəticəsində 7 mülki vətəndaş həlak olub, 6 nəfər yaralanıb.

“RİA Novosti”nin xəbərinə görə, hadisə ötən gün axşam Kunduz əyalətinin Xan Abad dairəsində baş verib.

Partlayış “Taliban” radikal hərəkatının nəzarətində olan bölgədə qeydə alınıb.

“Taliban” hələlik hadisəyə münasibət bildirməyib. (Report)

AzNews.az