Bir gündə 500-dən çox erməni yoluxdu

2 İyun 2020 11:45 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 10 009 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 517 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 8 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 158 nəfər koronavirusdan ölüb, 6 424 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

AzNews.az