Mülki aviasiya işçilərinə fəxri adlar verildi

2 İyun 2020 16:45 (UTC+04:00)

Prezident İlham Əliyev Azərbaycan Respublikasının mülki aviasiya işçilərinə fəxri adların verilməsi haqqında Sərəncam imzalayıb.

AzNews.az-ın məlumatına görə, Sərəncamla Azərbaycanda mülki aviasiya sahəsində səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilir:

“Əməkdar mühəndis”

Səfərov Emin Nadir oğlu

“Əməkdar pilot”

Əliyev Hacıağa Muxtar oğlu

Əlizadə Sadıx Pərviz oğlu

Hidayətov Ramiz Rasim oğlu

Novruzov Əkbər Mühüddin oğlu

Sadıxov Vaqif Fazil oğlu

Truxanov Vasiliy Pavloviç.