Narazı şagirdlər avqustda yenidən qiymətləndiriləcək

2 İyun 2020 18:23 (UTC+04:00)

“Qiymətləndirilməyən və ya illik qiyməti ilə razılaşmayan 5-8 və 10-cu sinif şagirdləri oxuduğu məktəbə müraciət edərək yenidən qiymətləndirmədə iştirak etməlidir”.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı Təhsil Nazirliyinin nümayəndəsi Anar Mirzəzadə verib. O bildirib ki, avqust ayının 19-20-si aralığında sözügedən şagirdlərin biliyi qiymətləndiriləcək:

“Həmin qiymətlərə əsasən onların illik qiyməti müəyyən edilir. İllik qiymət əsasında həmin şagirdlər yerdəyişmə prosesində iştirak edə, oxuduqları məktəbi dəyişə bilərlər”.