Azərbaycanda ana və körpə ölümü azalıb

2 İyun 2020 21:30 (UTC+04:00)

“Həyata keçirilən tədbirlər ana və uşaqların sağlamlığının qorunması ilə bağlı tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsini təmin etmiş, perinatal yardım sahəsində islahatları sürətləndirib”.

AzNews.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiq etdiyi “Azərbaycan Respublikasının Uşaqlara dair 2020–2030-cu illər üçün Strategiyası”nda öz əksini tapıb.

Qeyd edilib ki, ölkədə ana və uşaqların sağlamlığının qorunması üçün həyata keçirilən tədbirlər nəticəsində ana və körpə ölümü göstəriciləri azalıb.

Belə ki, ana ölümü əmsalı hər 100 min diridoğulana 2010-cu ildə 15,7 olubsa, 2019-cu ildə bu rəqəm 14,9 təşkil edib. Körpə ölümü göstəricisi isə hər 1000 diridoğulana 2010-cu ildə 11,2 idisə, 2019-cu ildə 11,0 təşkil edib.