Tədris proqramlarına “Yol hərəkəti əlifbası” salınacaq

2 İyun 2020 21:57 (UTC+04:00)

“Yol hərəkəti əlifbası” yaradılacaq və tədris proqramlarına salınacaq.

AzNews.az-ın məlumatına görə, bu, Baş Nazir Əli Əsədovun “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı” ilə bağlı imzaladığı sərəncamında öz əksini tapıb.

Qərara əsasən, “Yol hərəkəti əlifbası”nın yaradılması və tədris proqramlarına salınması ilə bağlı icraçı qurumlar Təhsil Nazirliyi, Daxili İşlər Nazirliyi və Bakı Nəqliyyat Agentliyidir (BNA).

Qərarın bu bəndi 2020-2022-ci illərdə icra edilməlidir.