Dünən koronavirusdan 12 erməni ölüb

3 İyun 2020 12:15 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 10 524 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 515 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 12 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 170 nəfər koronavirusdan ölüb, 6 900 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

AzNews.az