Prezident Ağdamda “N” saylı hərbi hissədə olub

3 İyun 2020 16:45 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev iyunun 3-də Ağdamın Xındırıstan kəndi ərazisində yerləşən “N” saylı hərbi hissədə olub.

AzNews.az xəbər verir ki, Müdafiə naziri, general-polkovnik Zakir Həsənov dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevə raport verib.

Prezident İlham Əliyev hərbi hissədəki şəraitlə tanış olub.