"Barselona"nın 5 futbolçu yoluxub

3 İyun 2020 17:30 (UTC+04:00)

Avropa mediasında “Barselona”nın 5 futbolçusu və klubun 1 üzvünün koronavirus testlərinin müsbət çıxdığına dair xəbərlər yayılıb.

AzNews.az-ın məlumatına görə, adları açıqlanmayan bu şəxslərin hazırda sağaldığı bildirilir.

Lakin xəbər rəsmi olaraq klub tərəfindən təsdiq edilməyib.