Azərbaycan hərbçiləri Moskvada keçiriləcək hərbi paradda iştirak edəcək

3 İyun 2020 18:34 (UTC+04:00)

İyunun 24-də Moskvada keçiriləcək Böyük Vətən Müharibəsində faşizm üzərində Qələbənin 75 illiyinə həsr olunan hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun 75 hərbi qulluqçusundan ibarət heyəti təmsil edəcək.

Bu barədə AzNews.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Paradda hərbçilərimizin Azərbaycan istehsalı olan silahlarla təntənəli keçidi olacaq.

Mərasimdə Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti qonaq qismində iştirak edəcək.