"Qalatasaray"ın prezidenti evə buraxıldı

3 İyun 2020 19:06 (UTC+04:00)

Türkiyənin "Qalatasaray" klubunun prezidenti Mustafa Cengiz xəstəxanadan evə buraxılıb.

AzNews.az "NTV Spor"a istinadən xəbər verir ki, 71 yaşlı funksionerin müalicəsi evində davam etdiriləcək.

Qeyd edək ki, aprelin 30-da halsızlıq və yorğunluq səbəbindən xəstəxanaya yerləşdirilən Mustafa Cengiz mayın 7-də əməliyyat olunub. Onun mayın 18-də halı qəflətən pisləşdiyi üçün yenidən xəstəxanaya aparılıb və ikinci dəfə əməliyyata ehtiyac duyulub.