Belarus hökuməti istefaya göndərildi

3 İyun 2020 23:27 (UTC+04:00)

Belarus Respublikasının prezidenti Aleksandr Lukaşenko ölkə hökumətini istefaya göndərib.

AzNews.az xəbər verir ki, bu barədə “Belarus 1” kanalı məlumat yayıb.

Qeyd olunur ki, dövlət başçısı müvafiq sərəncamı iyunun 3-də imzalayıb.

Bundan əvvəl, Lukaşenko avqustun 9-a təyin olunan prezident seçkisindən əvvəl yeni hökumət hazırlamaq barədə planlarını açıqlamışdı.