ABŞ-da yoluxanların sayı 1,9 milyonu keçib

4 İyun 2020 09:15 (UTC+04:00)

ABŞ-da COVID-19 pandemiyasının başlamasından etibarən saat 05:00 üçün koronavirusa yoluxanların sayı 1 901 783 nəfərə çatıb.

Məlumata görə, bu barədə "Worldometer" portalı bildirib.

Ölkədə koronavirusla əlaqəli xəstəliklərdən 109 142 ölüm faktı qeydə alınıb, 688 mindən çox xəstə sağalıb, 1 milyon əhalinin ölüm səviyyəsi 330 nəfərə çatıb.

Dünya statistikasında ixtisaslaşan portalın verdiyi məlumata görə, dünyada COVID-19-a yoluxanların sayı 6 567 393 nəfər təşkil edir, 387 913 nəfər vəfat edib, 3 milyondan çox insan sağalıb və ölüm səviyyəsi dünya əhalisinin 1 milyon nəfərinə 49,8 təşkil edir. (Trend)

AzNews.az