Ertuğrul “Kuruluş Osman”a geri dönür

4 İyun 2020 11:45 (UTC+04:00)

Türkiyədə reytinq rekordları yığan “Kuruluş Osman” serialında Ertuğrul Qazi rolunu kimin oynayacağı məlum olub.

AzNews.az “Hürriyet”ə istinadən xəbər verir ki, Osmanlı dövlətinin quruluşundan bəhs edən “Diriliş Ertuğrul” serialının davamı olaraq çəkilən “Kuruluş Osman”ın heyətinə Yeşilçamın məşhur aktyorlarından olan Ediz Hun da daxil olub.

O, serialda tez-tez adı çəkilən, ancaq üzü heç göstərilməyən Ertuğrul Qazinin qocalığını canlandıracaq.