Tramp Çin lideri ilə çoxdandır danışmır

4 İyun 2020 14:01 (UTC+04:00)

ABŞ prezidenti Donald Tramp Çinin sədri Si Szinpinlə danışıqları çoxdan kəsib.

Bunu Donald Tramp “Newsmax” telekanalına müsahibəsində açıqlayıb.

O, Çinin COVID-19 pandemiyasının yayılmasında məsuliyyət daşıdığını vurğulayaraq deyib: "Onlar başlanğıc mərhələdə virusun yayılmasının qarşısını almalı idi".

Bununla belə, ABŞ prezidenti Çin lideri Ci Szinpinə qarşı fərdi sanksiya tətbiq edilməsi məsələsinə baxılmadığını bildirib.

Onun sözlərinə görə, ABŞ-ın sanksiyası səbəbindən son 67 ildə Çin iqtisadiyyatı ötən il ən pis vəziyyətdə olub : “Bununla belə, müxtəlif ölkələr tarixən dünyanın ən güclü dövlətlərindən biri olan Çinlə ticarət müqavilələri bağlamaya bilib”. (Report)

AzNews.az