Sayt yenilik etdi

30 May 2013 15:20 (UTC+04:00)



Azərbaycanın internet mediasında ilk dəfə olaraq, Qaynar.info-da yayımlanan bütün xəbərlərin dərhal səsli versiyasını da dinləmək imkanı yaradılıb.

Bunun üçün hər bir xəbərin içində yer alan "Səsləndir" düyməsini tıklamaq yetərlidir. Bundan əlavə, xəbərləri MP3 fayl kimi yükləmək imkanı da mövcuddur.

Sayt yeni xidməti "Dilmanc" sisteminin texniki dəstəyi ilə həyata keçirir. Bu layihə xüsusən də gözdən əlillər üçün əvəzsiz olacaq. Onlar bu xidmət vasitəsi ilə ölkə və dünya gündəmindən anında xəbər tuta biləcəklər.

AzNews.az