Sabah bu qurumlar 14:00-dək işləyəcək

4 İyun 2020 14:24 (UTC+04:00)

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün iş saatı qısaldılıb.

AzNews.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah qərar verib.

İyunun 5-də Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində dövlət orqanları və qurumları üçün saat 14:00-dək qısaldılmış iş rejimi müəyyən edilib.

.