Azərbaycan XİN Danimarkanı təbrik etdi

5 İyun 2020 09:45 (UTC+04:00)

Azərbaycan Xarici İşlər Nazirliyi Danimarkanı Konstitusiya günü münasibətilə təbrik edib.

AzNews.az xəbər verir ki, təbrik mətni XİN-in rəsmi “Twitter” səhifəsində yayılıb.

“Danimarka Krallığının Milli Bayramı olan Konstitusiya Günü münasibətilə səmimi-qəlbdən təbriklərimizi çatdırırıq. Bu əlamətdar gündə dost Danimarka xalqına möhkəm cansağlığı, xoşbəxtlik, sülh və firavanlıq diləyirik”.