"Hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırırlar"

5 İyun 2020 12:45 (UTC+04:00)

Vaxtilə Sürət Hüseynovun əsiri olan şəxslər indi qəhrəman kimi təqdim olunurlar.

Məlumata görə, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.

S.Novruzov bildirib ki, o zaman hadisələrin qarşısını ala bilməyən AXC-Müsavat cütlüyü indi özlərini demokrat adlandırırlar: “O zaman Sürət Hüseynov dar ağacları qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri asacaqdı. Bunları ümumnilli lider Heydər Əliyev dar ağacından xilas etdi. O zaman dövlət katibi olan Əli Kərimli iki il qaçıb Kələkidə gizlənmişdi, Heydər Əliyev demokratik dövlət qurandan sonra hərəsi bir dərədən çıxıb özlərini demokrat adlandırırlar”. (Trend)

AzNews.az