Rusiyada 5 528 nəfər ölüb - Koronavirusdan

5 İyun 2020 14:45 (UTC+04:00)

Rusiyada koronavirusa yoluxma göstəriciləri artmaqda davam edir.

AzNews.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 8 726 nəfər virusa yoluxub, 144 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 449 834 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 5 528 nəfərə çatıb.

Ölkə ərazisində ümumilikdə 212 680 nəfər virusdan sağalıb, 231 626 nəfərin müalicəsi isə davam edir.