Türkiyədə koronavirusla bağlı son vəziyyət

5 İyun 2020 21:24 (UTC+04:00)

Türkiyədə son sutka ərzində koronavirusdan 18 nəfər dünyasını dəyişib, 930 nəfərdə virus aşkarlanıb. AzNews.az bildirir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca Tvitter səhifəsində məlumat verib.

Onun sözlərinə görə, bununla da ölkədə COVID-19 qurbanlarının sayı 4648, yoluxma faktı 168 min 340 nəfər olub. Gün ərzində 1 622 nəfər sağalaraq evə buraxılıb. Sağalanların ümumi sayı 133 min 400-ə çatıb.

Son 24 saatda 57 min 829 test edilib.