Ermənistanda yoluxma sayı 12 mini keçdi

6 İyun 2020 12:27 (UTC+04:00)

Ermənistanda 24 saat ərzində 547 nəfərdə koronavirus aşkarlanıb, 8 nəfər vəfat edib.

AzNews.az xəbər verir ki, statistikanı ölkənin Səhiyyə Nazirliyi açıqlayıb. Bildirilir ki, COVID-19 virusuna yoluxanların sayı artıq 12 364-ə çatıb. Ümumilikdə ölüm halı 190-dır.

Qeyd edək ki, hazırda Ermənistanda 8 385 aktiv koronavirus xəstəsi var.