1200 kq narkotik vasitə məhv edildi

6 İyun 2020 13:22 (UTC+04:00)

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Kortala kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə bitkiləri aşkar edilib.

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan AzNews.az-a verilən məlumata görə, ümumi çəkisi bir ton 200 kiloqram yabanı halda bitən çətənə kolları polis əməkdaşları tərəfindən kökündən çıxarılıb və yandırılaraq məhv edilib.

Faktla bağlı araşdırma aparılır.