Gücləndirilmiş dezinfeksiya aparılacaq

6 İyun 2020 14:16 (UTC+04:00)

Bakının mərkəzi və qəsəbələrdəki əsas küçə, prospekt və yollarda xüsusi kimyəvi maddələrlə növbəti dəfə əlavə gücləndirilmiş dezinfeksiya işləri aparılacaq.

Paytaxtın kommunal strukturlarından AzNews.az-a verilən məlumata görə, dezinfeksiya işləri sabah səhər saatlarından etibarən görüləcək.