Rusiyada koronavirusla bağlı son vəziyyət

6 İyun 2020 15:48 (UTC+04:00)

Rusiyada son sutka ərzində 197 nəfər koronavirusun qurbanı olub.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 5 725-ə yüksəlib.

Onlardan 58-i Moskvada, 55-i Sankt-Peterburqda, 18-i isə Moskva vilayətində vəfat edib.

Koronavirusa yoluxanların ümumi sayı 458 689-dir. 231 576 nəfərin müalicəsi davam etdirilir. Onlardan 2 300-nün vəziyyəti ağır qiymətləndirilir.

Bundan əlavə, 221 388 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb.