Gəncədə narkotacir saxlanıldı

6 İyun 2020 16:11 (UTC+04:00)

Gəncədə narkotacir saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az verilən məlumata görə, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Gəncə dəmir yolu stansiyası ərazisində keçirdikləri əməliyyat tədbiri nəticəsində Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş K. Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan çəkisi 2 kiloqram 380 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.

Araşdırma aparılır.