ÜST-dən koronavirusla bağlı son STATİSTİKA

6 İyun 2020 22:54 (UTC+04:00)

Dünyada son sutka ərzində koronavirusa yoluxanların ümumi sayı 127 950 nəfər artaraq 6 663 304-ə yüksəlib. AzNews.az bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Bundan əlavə, son 24 saat ərzində daha 5 647 pasiyent koronavirusun qurbanı olub. Bununla da xəstəlikdən ölənlərin sayı 392 802-yə çatıb.

Yoluxma hallarının çoxu Şimali və Cənubi Amerikada qeydə alınıb (3 155 370).