ABŞ əsgərlərini Almaniyadan çıxarmağı düşünür

6 İyun 2020 23:09 (UTC+04:00)

ABŞ Prezidenti Donald Tramp Pentaqona Almaniyada yerləşdirilən ABŞ əsgərlərinin sayını azaltmaq barədə əmr verib.

AzNews.az xəbər verir ki, bu barədə “Reuters” Birləşmiş Ştatların yüksək rütbəli rəsmi nümayəndəsinə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, sentyabr ayına qədər 9,5 min Amerika əsgəri və zabiti Almaniyadan çıxarılacaq. Hazırda Almaniyada təxminən 34,5 min ABŞ əsgəri var.

Almaniyadan çıxarılan qoşunların bir hissəsi Polşaya və digər ölkələrə köçürüləcək, bir hissəsi isə ABŞ-a qayıdacaq.