Londonda etirazlar zamanı 23 polis yaralanıb

7 İyun 2020 12:10 (UTC+04:00)

Böyük Britaniyanın paytaxtı London şəhərində bir neçə gündür ABŞ-da afroamerikalı Corc Floydun polis tərəfindən öldürülməsinə etiraz olaraq keçirilən aksiyalarda 20-dən çox polis əməkdaşı xəsarət alıb.

AzNews.az xəbər verir ki, bu barədə “TASS” London polisinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, 23 polis öz vəzifəsini yerinə yetirərkən müxtəlif bədən xəsarətləri alıblar.

Sonuncu, Uaythol küçəsindəki şənbə nümayişi zamanı isə 14 nəfər saxlanılıb.