Moskvada koronavirus qurbanlarının sayı 3 minə yaxınlaşır

7 İyun 2020 12:56 (UTC+04:00)

Moskvada ötən sutka ərzində daha 55 pasiyent COVİD-19-dan dünyasını dəyişib.

AzNews.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bununla da paytaxtda koronavirus qurbanlarının sayı 2919 nəfər olub.

Rusiyada ümumilikdə 458 min 689 nəfər virusa yoluxub, 5725 nəfər dünyasını dəyişib, 221 min 388 nəfər isə xəstəliyə qalib gəlib.