İranda koronavirusa yoluxanların sayı 171 mini ötdü

7 İyun 2020 15:49 (UTC+04:00)

Son sutkada İranda koronavirusa daha 2 364 nəfər yoluxub.

AzNews.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Kianuş Cahanpur bildirib.

O, qeyd edib ki, bununla da ölkədə koronavirusa yoluxanların sayı 171 min nəfəri ötüb.

Nazirlik rəsmisi IRINN telekanalının efirində bidirib ki, ötən gün ölkədə COVID-19-dan daha 72 nəfər ölüb.

Beləliklə, ölkədə koronavirusa yoluxmanın ilk aşkarlandığı 19 fevraldan indiyə kimi virusa yoluxanların ümumi sayı 171 789 nəfərə çatıb. İslam respublikasında 8 291 nəfər pandemiyanın qurbanı olub. Virusa yoluxmuş 134 349 nəfər sağalıb.