Bolnisidə epidemioloji vəziyyət yaxşılaşıb

8 İyun 2020 11:00 (UTC+04:00)

Gürcüstanda azərbaycanlıların yığcam yaşadıqları Bolnisi rayonunda epidemioloji vəziyyət yaxşılaşıb.

Mayın 30-dan etibarən rayonda koronavirusa yeni yoluxma halı qeydə alınmayıb.

Bolnisi üzrə indiyədək 185 nəfər COVID-19-a yoluxub. Onların 103-ü artıq sağalıb, 4-ü isə vəfat edib.

Rayonun iki kəndi – Muşevani (Dəllər) və Geta (Aşağı Güləver) kəndlərində sərt karantin rejiminin tətbiqi davam etdirilir. (Report)

AzNews.az