Artilleriya bölmələrinin döyüş atışlı təlimləri keçirilib

8 İyun 2020 14:33 (UTC+04:00)

Müdafiə nazirinin təsdiq etdiyi 2020-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.

Müdafiə Nazirliyindən AzNews.az-a verilən məlumata görə, təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.