Azərbaycan çempionatlarında qaliblər vaxtından əvvəl elan olundu

8 İyun 2020 19:26 (UTC+04:00)

Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.

Federasiyadan AzNews.az-a verilən məlumata görə, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və qərarlar qəbul olunub.

Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019/2020 mövsümü başa çatdırılsın.

Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunsun.

Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılsın.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.