Göyçayda bazardakı yanğın söndürülüb

8 İyun 2020 20:05 (UTC+04:00)

Göyçay rayonunda bazarda baş verən yanğın söndürülüb.

Azews.az xəbər verir ki, alovun qarşısı Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən alınıb.

Qeyd edək ki, bu gün saat 17:00 radələrində bazarda yerləşən geyim əşyaları mağazalarının və meyvə-tərəvəz mallarının satışı piştaxtalarının olduğu ərazidə yanğın baş verib.

Hazırda sahibkarlara dəymiş ziyanın məbləği araşdırlır.

Yanğının qısaqapanmadan baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.