Həsənliyə CAVAB - "Ona baş qoşmağa dəyməz"

9 İyun 2020 15:32 (UTC+04:00)

Milli Şuranın onlayn keçirilən iclasında Cəmil Həsənlinin bəzi müxalifət qüvvələrinin ünvanına səsləndirdiyi təhqiramiz ifadələr cavabsız qalmayıb.

AzNews.az xəbər verir ki, millət vəkili, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev Publika.az-a açıqlamasında Cəmil Həsənlinin dediklərinə belə reaksiya verib: “Cəmil Həsənlinin ağzı unitaz, mahiyyəti isə təyinatı üzrə istifadəyə belə yaramayan tualet kağızıdır. Ona baş qoşmağa dəyməz”

Qeyd edək ki, onlayn müzakirələr zamanı çıxış edən Milli Şuranın sədri Cəmil Həsənli hökumətlə dialoqa gedənlər müxalifətçiləri “tryapka” adlandırıb: “İndi dialoqa gedənlər elə “tryapka”ya çevrilib ki, o “tryapka” ilə heç ayaqqabı da silmək olmaz”.