Azərbaycan Prezidenti portuqaliyalı həmkarını təbrik edib

9 İyun 2020 16:45 (UTC+04:00)

Prezident İlham Əliyev Portuqaliya Respublikasının Prezidenti Marselu Rebelu di Souzaya təbrik məktubu göndərib.

AzNews.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Hörmətli cənab Prezident,

Portuqaliya Respublikasının milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, işlərinizdə müvəffəqiyyətlər, dost Portuqaliya xalqına daim rifah diləyirəm".