Prezident ABŞ Senatının rəsmisini qəbul etdi
30 May 2013 18:50 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çamblissin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Mayın 29-da Bakıda "Gələcəyə baxış" Azərbaycan-ABŞ Forumunun yüksək səviyyədə keçirildiyini vurğulayan prezident İlham Əliyev ABŞ-dan 300-dən artıq nümayəndənin iştirak etdiyi tədbirdə tərəfdaşlığımıza dair aparılan məhsuldar müzakirələrin önəmini qeyd edib.
ABŞ Senatının Kəşfiyyat üzrə Xüsusi Komitəsinin sədr müavini senator Saksbi Çambliss istər ulu öndər Heydər Əliyevin, istərsə də prezident İlham Əliyevin rəhbərlik etdiyi dövrlərdə ölkəmizdə böyük inkişafın şahidi olduqlarını deyib. O, ölkələrimiz arasında bir çox sahələrdə yaxşı tərəfdaşlıq əlaqələrinin inkişafına görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib.
Görüşdə Azərbaycan ilə ABŞ arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən enerji, terrorizmə qarşı mübarizə, təhlükəsizlik və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə yüksək qiymətləndirilib, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.
AzNews.az