“Neftçi” 5 məşqçi ilə vidalaşdı

9 İyun 2020 17:26 (UTC+04:00)

“Neftçi” Futbol Akademiyasının müqaviləsi başa çatan məşqçiləri ilə qarşılıqlı razılaşma əsasında yollarını ayrıb.

AzNews.az klub saytına istinadən xəbər verir ki, baş məşqçilər Elnur İmamquliyev (U-15) və Ceyhun Əhmədov (U-10), köməkçi çalışdırıcı Ceyhun Rzayev (U-19) və Ədəhim Niftəliyev (U-14), qapıçılar üzrə məşqçi Ramiz Əhmədova növbəti ayın əməkhaqqısı ödənilərək, onlarla əməkdaşlığa son qoyulub.

Mütəxəssislərə xidmətlərinə görə təşəkkür edilib və gələcək karyeralarında uğurlar arzulanıb.