İranda güclü zəlzələ

9 İyun 2020 23:43 (UTC+04:00)

İranın cənubunda 5,7 bal gücündə zəlzələ olub.

AzNews.az bildirir ki, bu barədə Avropa və Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Məlumata əsasən, yeraltı təkanlar saat 21:18 radələrində (GMT+4) qeydə alınıb. Zəlzələnin episentri Şiraz şəhərindən 216 kilometr cənubi-şərqdə, ocağı isə 2 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.