Dünən 10 nəfər erməni ölüb

10 İyun 2020 12:15 (UTC+04:00)

Ermənistanda koronavirusa yoluxanların sayı 14 103 nəfərə çatıb.

Erməni KİV-lərinin yaydığı məlumata görə, son sutka ərzində 4280 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb. Bundan başqa, ötən gün 10 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 227 nəfər koronavirusdan ölüb, 8 650 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə martın 16-dan elan edilən fövqəladə vəziyyət iyunun 13-dək uzadılıb.

AzNews.az