Türkiyə sabahdan xarici uçuşlara başlayır

10 İyun 2020 18:09 (UTC+04:00)

Türk Hava Yolları 11 iyun tarixindən xarici uçuşlara başlayır.

AzNews.az xəbər verir ki, bu barədə THY-nin Baş direktoru Bilal Ekşi öz tvitter hesabında açıqlama verib. Bildirilib ki, uçuşları şirkətin “Anadolujet” markası həyata keçirəcək. İlkin olaraq 3 ölkəyə (Böyük Britaniya, Niderland, Almaniya) uçuşlar baş tutacaq.

Aviareyslərin istiqamətləri və tarixi şirkətin internet saytında yerləşdirilib.