İranda koronavirusla bağlı son vəziyyət

10 İyun 2020 20:36 (UTC+04:00)

İranda son sutka ərzində daha 2 011 nəfərdə koronavirus aşkarlanıb, 81 pasiyent vəfat edib.

AzNews.az “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da ölkədə xəstələnənlərin sayı 177 938-ə, virus qurbanlarının sayı isə 8 506-ya yüksəlib.

Bundan əlavə, indiyədək 140 590 pasiyent sağalıb və xəstəxanalardan evə buraxılıb.