Ermənistanda son sutka ərzində daha 428 nəfərdə koronavirus aşkarlanıb, 10 pasiyent vəfat edib.
AzNews.az bildirir ki, bu barədə “worldometers.info” saytında məlumat verilib.
Bununla da ölkədə koronavirusa yoluxanların sayı 14 103-ə, bu virusdan ölənlərin sayı isə 227-yə yüksəlib.
Bundan əlavə, indiyədək 5 226 nəfər sağalıb və xəstəxanalardan evə buraxılıb. Tibb müəssisələrində 8 650 pasiyentin müalicəsi davam etdirilir. Onlardan 10-nun vəziyyəti ağır qiymətləndirilir.