İki il öncə sirkə turşusu içərək intihara cəhd edən şəxs özünü asdı

11 İyun 2020 17:30 (UTC+04:00)

Qax rayon sakini özünü asıb.

AzNews.az xəbər verir ki, hadisə rayonun Almalı kəndində baş verib.

Kənd sakini Nofəl Məzahir oğlu Yusifov özünü yaşadığı evin həyətyanı sahəsində ağacdan asaraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbi hələlik məlum deyil.

Yaxınları N.Yusifovun iki il öncə də sirkə turşusu içərək intihara cəhd etdiyini bildiriblər.

Faktla bağlı Qax rayon Prokurorluğunda araşdırma aparılır.